“Neftçi”dəki əcnəbi təəccüb içində: “Oranın pis vəziyyətdə olduğunu deyirlər”

9 Sentyabr 2023 16:40 Sizdən Bizə 1 371
“Neftçi”dəki əcnəbi təəccüb içində: “Oranın pis vəziyyətdə olduğunu deyirlər”

“Qəribədir, bir ildən çoxdur burada oynayıram, amma “Dalğa Arena” haqqında heç vaxt eşitməmişəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Kenni Sayef “glodniwiedzy.pl” saytına müsahibəsində deyib.

Belçikada “Anderlext” və “Gent” kimi klublarda çıxış etmiş yarımmüdafiəçi bu ölkənin millisinin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəyi matça toxunub.

O, qarşılaşmanın “Dalğa Arena”ya salınmasına təəccübləndiyini gizlətməyib:

“Onlar 6000 yeri doldurmaqla daha yaxşı ab-hava yaratmaq istəyirlər. Beynəlxalq oyunlar insanları stadiona cəlb edir, milli çempionat matçları isə yox.

Həmkarlarım stadionun pis vəziyyətdə olduğunu deyirlər. Bu, qonaq komandanı narahat edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi