“Düşünmürəm ki, Musa buna görə çox narahat olsun”

2 Sentyabr 2023 08:30 Sizdən Bizə 946
“Düşünmürəm ki, Musa buna görə çox narahat olsun”

İsveç millisinin və “Yurqorden”in sabiq forvardı Tobias Hyusen Musa Qurbanlının ölkə çempionatının "Degerfors"a (4:1) qarşı keçirilən matçda dublla yadda qalmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, “Fotboll STHLM” portalına danışan sabiq futbolçular azərbaycanlı forvard barədə xoş fikirlər səsləndirib:

"Musa Qurbanlı “Yurqorden”dəki karyerasına çətin başladı. Lakin son matçda iki qol vurdu.

Halbuki daha çox fərqlənə bilərdi. Penaltini qola çevirə bilməyəndə çox əsəbiləşdi.

Bunda qəribə heç nə yoxdur. Ancaq düşünmürəm ki, o, buna görə çox narahat olsun.

Çünki komandası 4:1 öndə idi, özü də dubl etmişdi. Ona uyğunlaşmaq üçün üç-dörd oyun lazım idi.

Ola bilsin ki, mövsümün sonuna qədər daha bir neçə qol vursun. Penaltini qaçırsa da, özünə inam qazandı".

Tobias “Yurqorden”, “Şanxay SİPG”, “Sanderlend” klubları ilə yanaşı 2005-2014-cü illərdə İsveç millisində 34 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti