UEFA-nın təlimçisi Bakıda - Premyer Liqa, I və II liqa üçün

25 İyul 2023 03:00 Sizdən Bizə 657
UEFA-nın təlimçisi Bakıda - Premyer Liqa, I və II liqa üçün

UEFA təlimçisi Yorn Vest Larsen Bakıda azərbaycanlı hakimlərə seminar keçir.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kursda danimarkalı ilə yanaşı, qitə futbol qurumunun təhsil üzrə məsləhətçi Burçin Keskin, köməkçi hakimlərlə çalışan Tarık Ongün və Bahattin Duran da iştirak edirlər.

Onlar AFFA-nın təşkilatçılığı ilə 2023/2024 mövsümünə hazırlıq məqsədilə Premyer Liqa, I və II liqa hakimləri və hakim-inspektorlarına yay seminarı keçirlər.

Həmçinin, Fırat Aydınus və idman psixoloqu Turqay Biçer də müxtəlif mövzularda təlimlər keçirlər.

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşekin rəhbərliyi ilə təşkil olunan seminar iyulun 30-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti