
Türkiyə superliqa təmsilçisi "Sivasspor" Azərbaycan klubu ilə yoxlama matçı keçirə bilər.
Sportinfo.az "TRT Spor"a istinadən xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Sərvət Çətin məlumat verib.
O, komandasının iyulun17-də Ərzurum şəhərində təlim-məşq toplanışına başlayacağını deyib.
"Dörd yoxlama oyunu keçirməyi nəzərdə tuturuq. Artıq iki rəqibimiz bəllidir. Bunlar "Antalyaspor" və "Ümraniyespor"dur.
Bundan başqa, bir İran və bir Azərbaycan komandası ilə də oyunumuz ola bilər.
Amma hələlik bu iki matçla bağlı məsələ dəqiq deyil. Danışıqlarımız davam edir".