“Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək” - Ərdoğan açıqladı

13 İyul 2023 19:30 Sizdən Bizə 708
“Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək” - Ərdoğan açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyini açıqlayıb.

Türkiyə Prezidenti bu haqda NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, 2025-ci ildə isə bu yerləri tərk edəcək. Razılaşma bu formadadır.

Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Dəyərli qardaşım İlham Əliyev də bunu diqqətlə izləyir” , - Ərdoğan əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti