“Neftçi”də oynamaq üçün Azərbaycan vətəndaşlığı almaq istəyir

6 İyul 2023 23:20 Sizdən Bizə 3 128
“Neftçi”də oynamaq üçün Azərbaycan vətəndaşlığı almaq istəyir

“Rodina”nın idman direktoru Aleksey Zinin komandanın rusiyalı yarımmüdafiəçisi Ruslan Fişenkonun Azərbaycan vətəndaşlığını ala biləcəyini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, o, bu haqda sport24.ru saytına açıqlamasında bildirib.

Zinin bildirib:

“Biz bu mövzunu Ruslanla müzakirə etdik. Bəli, Azərbaycan Futbol Federasiyası həqiqətən də vətəndaşlığın dəyişdirilməsi təklifi ilə ona müraciət etmişdi.

Futbolçu bu barədə dərhal bizə məlumat verdi. Bu, barədə Fişenko şəxsən özü qərar verməlidir.

Futbolçunun düşünməsi və qərar verməsi üçün vaxt lazım olacaq.Bir-iki həftədən sonra yenidən bu mövzuya qayıdacağıq.

Futbolçumuzun seçiminə hörmətlə yanaşırıq, bu, onun həyatı və şəxsi prioritetləridir.

Fişenko Azərbaycan vətəndaşlığını qəbul etsə, onun “Rodina”dan ayrılması haqda söhbət getməyəcək. Legionerlərin sayına görə, klubumuz Azərbaycan pasportlu futbolçuya sahib ola bilər”.

Bundan əvvəl Metaratings.ru saytı xəbər vermişdi ki, Azərbaycan Futbol Federasiyası Fişenkoya "Neftçi"də oynaya bilməsi üçün vətəndaşlığını dəyişməyi təklif edir, lakin Moskva klubu futbolçunu buraxmaq niyyətində deyil.

Ötən mövsüm 23 yaşlı Fişenko "Rodina"nın heyətində bütün turnirlərdə 36 oyun keçirib və bir qolun ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti