“Rəşad Sadıqov keçilməz müdafiəçi idi, üstəlik, xarakteri vardı”

5 İyul 2023 17:20 Sizdən Bizə 990
“Rəşad Sadıqov keçilməz müdafiəçi idi, üstəlik, xarakteri vardı”

“Hamısı adbaad yadımdadır - Rəşad Sadiqov, Mahmud Qurbanov, Bəxtiyar Musayev, Samir Əliyev inanılmaz texniki bacarığa sahib idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Fabio Luis Ramim deyib.

Vaxtilə AFFA tərəfindən milliləşdirilən, “MKT-Araz”, “Olimpik” və “bakı”nın formasını geyinmiş braziliyalı o vaxt keyfiyyətinə görə seçilən azərbaycanlı futbolçuların adlarını çəkib:

“Onların topla rəftarı, meydanı görmək bacarığı məni heyrətləndirirdi. Rəşad Sadıqov keçilməz müdafiəçi idi, üstəlik, idmançı xarakteri vardı.

Zaur Tağızadə sürət yığanda qarşısını kəsmək mümkün deyildi. Ona görə də deyirəm ki, bizim dönəmdəki futbolçuların keyfiyyəti indiki nəslin oyunçularından yüksək idi”.

Digər Xəbərlər
Xəbər Lenti