"Oğlumu İspaniyaya apardım, oradan cavab gəldi ki…"

1 İyul 2023 02:20 Sizdən Bizə 856
"Oğlumu İspaniyaya apardım, oradan cavab gəldi ki…"

ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın “Marcet” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, ASTA akademiyasının rəsmisi Vəli Bünyatov istedadlı azərbaycanlı uşaqları "Marcet" akademiyasına göndəriləcəklərini bildirib:

- Öz oğlumu yay düşərgəsinə aparmağı planlaşdırdım və “Marcet”ə apardım. Onlardan cavab gəldi ki, oğlum bir il qalsın. Məşq tərzlərini, yanaşmanı gördük. Oğlum Adnan Bünyatov orada məşqlərə başladı. 2009-cu il təvəllüdlülər arasında Kataloniya çempionu oldular. Adnanın köməkçisi Adnan Əhmədzadə oldu, maliyyə tərəfini ödədi. Nəticəni görəndən sonra Rafael Bünyatovla danışdıq ki, belə nəticə əldə edə biliriksə, öz övladlarımızı Barselonaya göndərək, ispan futboluna yiələnsinlər. Azərbaycanın ən yaxşı uşaqlarını orada yaxşı səviyyəyə gətirəcəyik. Adnan Əhmədzadə təklifi qəbul etdi. Prezident Rafael Bünyatovdur, “Marcet”lə müqaviləmiz də var. 2008-2009-cu il təvəllüdlü 50 nəfər ən yaxşılar seçilib, onların içərisindən “Marcet” seleksiyaçıları ən yaxşı 15-ni seçəcəklər.

- Uşaqlar İspaniyaya hansı tarixdə yollanacaq?

- Seçiləndən sonra iki ay vaxtımız olacaq. Uşaqlar üçün ispan dili müəllimi tutacağıq ki, heç olmasa 20-30 faiz dili öyrənsinlər. Təhsil başlayır senyabrın 5-dən. Onlar sentyabrın 5-də orada olmalıdırlar.

Digər Xəbərlər
Xəbər Lenti