
"Burada özümü yaxşı hiss edirəm”.
Sportinfo.az xəbər verir ki, bu sözlər "Ferentsvaroş"un hücumçusu Kvabena Ovusuya aiddir.
Bu ilin fevralında “Qarabağ”dan Macarıstan klubuna keçən qanalı forvard hədəflərindən söz açıb:
“Hamımızın bir məqsədi var. O da Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqdır.
Məşqlərimiz gərgin keçir, bu da normaldır. Çünki yüksək səviyyəli görüşlərdə ciddi fiziki hazırlığa ehtiyacımız var. Biz düzgün yoldayıq".