"Neftçi"nin işi asanlaşdı - "Dinamo" və "Jelezniçar" gözünün qabağında

23 İyun 2023 17:20 Sizdən Bizə 1 183
"Neftçi"nin işi asanlaşdı - "Dinamo" və "Jelezniçar" gözünün qabağında

"Dinamo" (Minsk, Belarus) və "Jelezniçar" (Bosniya və Herseqovina) klubları arasında Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu Bakıda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşma iyulun 20-də “Azərsun Arena” stadionunda baş tutacaq.

İlk oyun iyulun 13-də Bosniya və Herseqovinada keçiriləcək.

Bu cütün qalibi Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə üz-üzə gələcək. Həmin mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti