“Can Azərbaycanla münasibətlərimiz dünyada qibtə ilə izlənilir”

16 İyun 2023 03:30 Sizdən Bizə 611
“Can Azərbaycanla münasibətlərimiz dünyada qibtə ilə izlənilir”

“Can Azərbaycanla münasibətlərimiz dünyada qibtə ilə izlənilir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından dərhal sonra verdiyi açıqlamada bildirib.

“Biz qardaşlarımızı ehtiyac duyduğumuz hər zaman yanımızda görürdük. Zəlzələlərdən sonrakı Azərbaycanın həmrəyliyini heç vaxt unuda bilmərik. Qızlarının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan o mərhəmətli insanları minnətdarlıqla xatırlayacağıq. Xüsusən də qardaşım İlhamın dəstəyi ürəyimizin ən yüksək yerindədir. Qardaşım İlham Əliyevlə görüşlərimizdə ikitərəfli inkişafı artıracaq yeni qərarlar qəbul etdik. Biz Türkiyə-Azərbaycan universitetinin yaradılmasına böyük əhəmiyyət veririk. Biz regionumuzda sülh və sabitliyin bərqərar olması ilə bağlı qəti mövqeyimizi yeniləmişik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti