“Azərbaycan məni qürurlandırır” - FOTOLAR

12 İyun 2023 02:20 Sizdən Bizə 537
“Azərbaycan məni qürurlandırır” - FOTOLAR

“Hər kəs Bakıdakı Avropa Oyunlarını nümunə göstərir”.

Sportinfoz xəbər verir ki, bunu Avropa Oyunları Koordinasiya Komitəsinin sədri, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü Hasan Arat jurnalistlərə açıqlamasında deyib.

Türkiyəli funksioner yarışın ilk dəfə məhz 2015-ci ildə məhz Azərbaycanda keçirildiyini xatırladıb:

“Azərbaycan Avropaya önəmli mesajlar verib.

10 gün sonra Polşada III Avropa Oyunları təşkil olunacaq. Bu turnirlərin davamlı olmasını istəyirik.

2015-ci ildən sonra Azərbaycandakı bütün yarışlar mükəmməl səviyyədə gerçəkləşib. Azərbaycan bizim qürurumuzdur və mənim məmləkətimdir.

Bura türklərin ana yurdudur. Biz tək millətik. Azərbaycanın uğuru məni çox qürurlandırır. Burada olmaq bizim üçün xoşdur”.

Hasan Arat Azərbaycanın hər zaman Türkiyəyə dəstək olduğunu da əlavə edib:

“Türkiyədə prezident seçkiləri keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyəyə gəlmişdilər.

Hər zaman yanımızda oldular. Zəlzələdən sonra da azərbaycanlı qardaşlarımız bizə dəstəyini əsirgəmədilər.

Hər şeydən əvvəl ölkəm adına başda İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkür edirəm. Sizi hər zaman yanımızda hiss etdik. Bu, bizə böyük güc verdi”.

Digər Xəbərlər
Xəbər Lenti