"Mahirin nəyə qadir olduğunu yaxşı bilirəm, onun üçün transfer məbləğinin ödənilməsi...”

8 İyun 2023 08:30 Sizdən Bizə 4 611
"Mahirin nəyə qadir olduğunu yaxşı bilirəm, onun üçün transfer məbləğinin ödənilməsi...”

"Mahir Emreli "Konyaspor"da pis oyunlar keçirmədi.

Məncə, Türkiyədəki qısa periodu yaxşı alındı.

Nəzərə alaq ki, o, yayda yox, qışda gəlmişdi Türkiyəyə. Lakin performansı normal idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Cüneyt Biçer deyib. "Bakı" və "Xəzər Lənkəran"da baş məşqçi kimi işləmiş türkiyəli mütəxəssis Emrelinin "Dinamo"ya qayıtmaq ehtimallarını dəyərləndirib.

Biçerin fikrincə, Türkiyə klublarının hazırkı iqtisadi vəziyyətinə görə hansısa futbolçu üçün transfer məbləği ödəməsi inandırıcı deyil.

"Bakı" futbol akademiyasından Emrelini yaxından tanıyan türkiyəli "Konyaspor"un bu keçid üçün transfer məbləği ödəyib-ödəməyəcəyinə belə şərh verib:

"Emrelinin nəyə qadir olduğunu yaxşı bilirəm. Hər halda "Bakı" futbol akademiyasında yetişib.

Yəni, buralara gəlib çıxması, gözlənilməz deyil. "Konyaspor"un Mahir üçün "Dinamo"ya transfer məbləği ödəməsi iqtisadi durumdan asılıdır.

Ona görə də bu barədə bir söz deyə bilmərəm. Ona görə də, Türkiyədəki iqtisadi durumları da nəzərə almaq lazımdır.

Bu mənada, klubların bir futbolçu üçün hansısa məbləğ ödəməsi haqda nəsə demək olmur".

Biçer Azərbaycandan ayrıldıqdan sonra "Altay", "Nazilli Bələdiyyəspor", "Düzcespor", "Çorum Bələdiyyəspor", "Turqutluspor", "İnegölspor", "Şanlıurfaspor", "Karşıyaka", "Eskişehirspor", "Elazığspor" klublarında işləyib.

Digər Xəbərlər
Xəbər Lenti