Şenol Günəş “Neftçi”dən söz açdı: "Bir səviyyə geridəyik"

22 May 2023 13:20 Sizdən Bizə 1 548
Şenol Günəş “Neftçi”dən söz açdı: "Bir səviyyə geridəyik"

"AVRO-2020 zamanı “Neftçi”nin stadionunda məşq edirdik.

Xalça kimi meydança, tribunalar əla. Hər komandanın stadionu, məşq meydançaları var".

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə yığmasının sabiq baş məşqçisi, hazırda "Beşiktaş"ı çalışdıran Şenol Günəş deyib.

Onun bildirdiyinə görə, Azərbaycanda futbolun inkişafı üçün infrastruktur var:.

"Təhsil üçün şərait, insan amili və təşkilatçılıq önəmlidir. Futbol bu qədər sevilirsə, oyunçu yetişdirməli, hazıra qaçmamalıyıq.

Hazırda bizim Avropada oynayan futbolçularımız var. Düzdür, hardasa bir səviyyə geridəyik.

Ölkə xaricinə gedən futbolçularımız bəzən uğurlu çıxış edə bilmir. Düşünürəm ki, Azərbaycandan da Avropaya səs salan oyunçular çıxmalıdır.

Yetişən futbolçular meydana çıxmalı, oyun təcrübəsi qazanmalıdırlar".

Digər Xəbərlər
Xəbər Lenti