Barbarlığın Cansu Bektaş və Qamze Altun cavabı: var olun, qızlar!

15 May 2023 03:40 Sizdən Bizə 528
Barbarlığın Cansu Bektaş və Qamze Altun cavabı: var olun, qızlar!

İrəvanda baş verən barbarlıq aktına münasibət bir daha göstərdi ki, Türkiyə və Azərbaycanın arasına girmək, münasibətləri pozmaq, bizi təkləmək mümkün olmayacaq! Ağır Atletika üzrə Avropa çempionatına evsahibliyi etmək iddiasını ortaya qoymağa çalışan Ermənistan bu missiyanın öhdəsindən heç olmasa bir neçə dəqiqə düz-əməlli gələ bilmədi.

Dünya ölkələrinin gözü qarşısında, həmçinin Avropa Ağır Atletika üzrə Federasiyanın prezidentinin, üstəlik, baş nazir Nikol Paşinyanın iştirak etdiyi mərasimdə görünməmiş vandallıq nümayiş olundu.

Evsahibliyi edirsənsə, ilk növbədə idmançıların təhlükəsizliyinə təminat verirsən!

Bunu bacarmayan ölkə, hakimiyyət yerə girsin! Təşkil olunan açılış mərasimində zaldan birisinin qaçıb Azərbaycan bayrağını sözün əsl mənasında qapması, od vurub yandırması və alışmış bayrağı zaldan çıxartması hətta İsveçrədə belə, heyrət doğurub, bu barbarlıqdan yazırlar.

Bu hadisədən sonra ermənilərin bəziləri çıxılmaza düşüb, belə “qəhrəmanlığın” Ermənistana baha başa gələcəyini, Ermənistana qarşı idman yarışları ilə bağlı sanksiyaların tətbiq olunacağını deyən rəsmilər də var. Amma özlərini təmizə çıxartmağa həyasızcasına cəhdləri də müşahidə edirik. Guya ki, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunubmuş, kimsə özfəaliyyət edib. Amma qanmırlar ki, belə nağıllar keçməz! Anna Akopyanla yaxın münasibətlərdə olan, üstəlik, yarışın dizayn işlərinə görə azı 50 min dollar qazanmış, üstəlik Azərbaycan bayrağını da tikən, bayrağımızdan pul qazanan (!!!-E.P.) həmin bu, barbar Nikolyan heç də sıradan biri deyildi. Şübhəsiz ki, o, bayrağımızı tikməkdən pul qazandığı kimi, onu heç də havayı yandırmayıb, pulunu alıb, od vurub. İstisna deyil ki, bayrağımıza hansısa tez alışan maddə sürtüb, yoxsa bu tezliklə alışma gözlənilən deyildi. Üstəlik, bayrağı daşıyan ağçinin məmnunluqla, gülümsəyərək yanan bayrağımızı seyr eləməsi, heç bir heyrət, həyəcanın olmaması əvvəldən “məşq”in olduğuna da şübhə yeri qoymur. Heç Nikol Paşinyan da heyrətlənmədi. Arvadının dostu bu işi görübsə, demək o da xəbərdar olub bu alçaq plandan. İndi guya Paşinyan Nikolyanı işdən çıxartdırıb, söhbəti də oyunbazlıqdır. Erməni polisi də guya həbs etmişdi, “qəhrəman” kimi sərbəst buraxdılar, qarşılanma-filan.

İrəvanda Azərbaycan bayrağı yandırıldı – Futbolinfo.az

Görünən budur ki, düşmənçiliyə, ədavətə qon qoyulmaması üçün hər şey edilir. Bu, sıradan bir qəsd deyil, anti-Azərbaycan, anti-türk planının tərkib hissəsidir. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının məntiqi sonluğa çatması üçün cəhdlərin olduğu bir ərəfdə nələr baş verdi? Gorusun Dığ kəndində Azərbaycan hərbçilərinə qəfil atəş açıldı, hər iki tərəf itkilər verdi, sakitcə sərhədlərimizi müyyənləşdirdiyimiz zaman torpağa qan töküldü! Ardınca Şahbuz istiqamətindən yolu itirib Ermənistan ərazisinə keçən əsgərlərimizə qarşı dəhşətli işgəncə kadrları yayımlandı...Nəhayət, İrəvanda, idman yarışında Azərbaycan bayrağına od vuruldu! Məkrli qüvvələr deyirlər ki, bu savaş bitməsin, davam etsin, qarşılığında Azərbaycan da ermənilərin başına od ələsin, daha bir neçə onilliklər “vasitəçilik” etsinlər!

Guya bəzi beynəlxalq çevrələr erməni barbarları tanımırmış. Düzdür, hələlik normal mövqe Avropa Ağır Atletika Federasiyasından normal mövqe görmüşük. Digərləri susur. İmkanları olsa, Azərbaycanı ittiham edərdilər, idmançılarımız niyə girovluqdan xilas olub, Bakıya qayıdıb deyə. İllər öncə İrəvanda Xocalıya görə erməni qaniçənləri ittiham edən Moldova ombudsmanı Aureli Qriqoriu da ölümlə təhdid edilmişdi, dünya susdu. İki il əvvəl Azərbaycan Milli Məclisinin üzvləri nümayişkəranə təqib olunmuşdu, dünya görməzdən gəldi. Bayrağımıza qarşı o qədər alçaqlıqlar olub ki...Elə Amerikada, Avropada, reaksiyaları görməmişik.

İrəvanda Azərbaycan bayrağı yandırıldı –

Bütün bunlar öz yerində, hüquq müstəvisində mübarizəmiz davam etməlidir! Ermənistanı yol verdiyi bu alçaqlıqlara görə peşman etməliyik! Məsələ emosional yanaşmalarla bitməməlidir! Nikol Paşinyan baş verənlərə görə Azərbaycan xalqından və dövlətindən, idmançılarımızdan üzr istəməli, həmin o mənfur cəzalandırılmalı, Azərbaycan bayrağına od vuran əllərinə qandal vurulmalıdır! Həmçinin Azərbaycanın əsirlikdəki əsgərləri dərhal təhvil verilməli, onlara görə də cəza və üzrxahlıq olmalıdır! Ermənistan hakimiyyəti və ümumiyyətlə, vaxtilə Azərbaycanı ittiham edən beynəlxalq çevrələr Azərbaycan Ordusunun zabiti Ramil Səfərova görə də həm zabitimizdən, həm də xalqımız və dövlətimizdən üzr istəməyə borcludur! Bax, Ramil Səfərov Qurgen Markaryanı məhz buna görə, bayrağımızı təhqir etdiyi üçün cəhənnəmə göndərmişdi!!!

Səbrimizi hər dəfə beləcə daşırırlar! İrəvanda da daha dramatik hadisələr baş verə bilərdi...Yarışa qatılan igid oğul və qızlarımız üçün bayrağımızın nə qədər önəmli olduğunu demək artıqdır, onlar bayrağımızı ucaltmaq üçün getmişdilər düşmən ölkəyə!

Azərbaycan dövləti son illərdə onlarla tədbirə evsahibliyi edib, dövlət başçımız erməni idmançının boynundan şəxsən medal asmışdı...

Yazının girişində Azərbaycan və Türkiyə arasında bağlılığın tarixi və əbədi olmasından bəhs etdik. Ən yüksək kürsüyə qalxmaqla, ölkəsinin İstiqlal marşını İrəvanda səsləndirməklə düşmənlərimizə od qoymağı bacaran türkiyəli idmançı qızların öz qələbələrini Azərbaycana həsr etmələri nikolyanların bağrına ox kimi sancıldı. Həm də bütün dünya gördü ki, Türkiyə Azərbaycan qardaşlığı hakimiyyətlər məsələsi deyil, burada dünənədək tanınmayan idmançı qız belə, düşünmədən Azərbaycanın zəfərini də, kədərini də özününkü bilir!

Prezident və birinci xanım türk atletləri təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaşa və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altuna təbrik məktubu ünvanlayıblar. Təbrik məktubun “Əziz Cansu və Qamze...” deyə, başlaması böyük etimad, həm də biliyimizin növbəti nümayişidir. “Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür”-yazılır bu, şanlı məktubda.

Düşmən bu dəfə də yanıldı, özünü rüsvayi-cahan edərək, birliyimizin daha da möhkəmlənməsinə səbəbkar oldu! Türkiyədəki zəlzələdən sonra Sərvər qardaşımız özünün böyük ürəyi ilə qardaşlığımızın yeni simvoluna çevrildi. İrəvan təxribatından-terrorundan sonra da Cansu və Qamze! Azərbaycanın olmadığı yerdə Türkiyə var, Türkiyənin olmadığı ünvanda Azərbaycan!!! ()musavat.com)

Elşad Paşasoy

Digər Xəbərlər
Xəbər Lenti