"Azərbaycan millisində oynayan oyunçulardan kimisə transfer edə bilərik"

12 May 2023 02:50 Sizdən Bizə 1 032
"Azərbaycan millisində oynayan oyunçulardan kimisə transfer edə bilərik"

Sportinfo.az xəbər verir ki, Türkiyə Superliqasında yarışan "Alanyaspor"un idman direktoru Sərkan Daldal sportal.az-a açıqlama verib.

O bildirib ki, azərbaycanlı futbolçular Türkiyə liqalarında legioner sayılmasa, onların transferində maraqlı olacaqlar:

"Təbii ki, biz indi də azərbaycanlı futbolçularla maraqlanırıq. Amma Türkiyədə azərbaycanlı futbolçular legioner statusu daşımasa, onlara diqqət daha çoxalacaq.

Mən çoxdan deyirdim ki, azərbaycanlılar Türkiyədə, türkiyəlilər isə Azərbaycanda legioner hesab olunmamalıdır.

"Alanyaspor" Azərbaycan millisində oynayan oyunçulardan kimisə transfer edə bilər. Azərbaycanlılar Superliqada legioner sayılmasa, çox komanda onların transferində maraqlı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti