"Beşiktaş" bunu "Sabah" üçün satışa çıxardı

12 May 2023 00:40 Sizdən Bizə 711
"Beşiktaş" bunu "Sabah" üçün satışa çıxardı

"Beşiktaş" "Bırakmam Seni Türkiyem" yardım kampaniyası çərçivəsində "Sabah"la keçirəcəyi yoldaşlıq oyunu üçün xatirə bilətləri satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti 100 TL (8,69 AZN) təşkil edir.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xatirə biletlərinin satışında məqsəd əldə olunacaq vəsaitin zəlzələ qurbanları üçün xərclənməsidir.

"Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti