Prezident izlədi, "Beşiktaş" 1,5 saat işlədi - "Sabah" üçün

11 May 2023 09:20 Sizdən Bizə 594
Prezident izlədi, "Beşiktaş" 1,5 saat işlədi - "Sabah" üçün

"Beşiktaş" "Sabah"la keçirəcəyi yoldaşlıq oyununun hazırlıqlarına başlayıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 3 günlük istirahətdən sonra bu gün məşqlərə start verib.

Şenol Güneşin rəhbərlik etdiyi kollektivin mətbuata qapalı keçirilən hazırlığı 1,5 saat davam edib. Klub prezidenti Ahmet Nur Çebi və idman direktoru Ceyhun Kazancı da məşqi izləyib.

"Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün xərclənəcək.

Digər Xəbərlər
Xəbər Lenti