"Bakı ildən-ilə daha da gözəlləşir" - Bura səfər edən məşhur niderlandlı

10 May 2023 03:00 Sizdən Bizə 639
"Bakı ildən-ilə daha da gözəlləşir" - Bura səfər edən məşhur niderlandlı

Bakı ildən-ilə daha da gözəlləşir və maraqlı olur.

Sportinfo.az xəbər verir ki, bunu Formula 1 Azərbaycan Qran-Prisi üçün Bakıya səfər edən DJ Hardvel deyib.

Niderlandlı musiqiçi daha əvvəl də Azərbaycana gəldiyini söyləyib:

"İlk dəfə 2019-cu ildə bu gözəl şəhərə səfər etmişəm. Formula 1 yarışının bir parçası olmaq möhtəşəm hissdir. Dünənki konserti də izlədim. Yüksək səviyyədə təşkil olunmuşdu".

"Red Bull Racing"in pilotu Maks Ferstappenlə eyni ölkədən olan Hardvel sabah onun yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb:

"Mən böyük "Formula 1" fanatıyam. 2017-ci ildə Meksika Qran-Prisində Dj kimi iştirak etmişəm".

O, hələlik Azərbaycan mətbəxi ilə tanış olmadığını sözlərinə əlavə edib:

"Sizin musiqini dinləmək imkanım olmayib. Olacağı təqdirdə, gələcəkdə bundan faydalana bilərəm".

Digər Xəbərlər
Xəbər Lenti