"Sabah" - "Beşiktaş": 9 milyon pul yığılacaq, məktəb tikiləcək

5 May 11:00 Sizdən Bizə 520
"Sabah" - "Beşiktaş": 9 milyon pul yığılacaq, məktəb tikiləcək

"Sabah" ilə "Beşiktaş" arasında xeyriyyə məqsədi ilə Bakıda keçiriləcək matçdan əldə olunacaq maliyyə vəsaitinin hara yönəldiləcəyi məlum olub.

Sportinfo.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, bütün vəsait Türkiyənin fevral ayında baş verən zəlzələdən zərərçəkmiş şəhərlərindən birində məktəb tikintisinə sərf ediləcək.

Türkiyə mətbuatının yazdığına görə, təşkilatçılar bu görüşdən ən azı 9 milyon türk lirəsinin (təxminən 800 min manat) toplanacağını ehtimal edir.

"Sabah" - "Beşiktaş" matçı mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər