"Gəlirik, can qardaş!" - FOTO

3 May 2023 01:20 Sizdən Bizə 1 085
"Gəlirik, can qardaş!" - FOTO

"Sabah"ın "Beşiktaş" ilə yoldaşlıq oyunu keçirəcəyi barədə məlumat vermişdik.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi bu matçla bağlı tvitter hesabında paylaşım edib.

"Qara qartallar" "Sabah"ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:

"Salam can qardaş,

Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq.

Hörmətlə,

Beşiktaş JK"

"Sabah" - "Beşiktaş" görüşündən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.

Qarşılaşma 13 may tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"