"Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir"

28 Aprel 2023 12:10 Sizdən Bizə 526
"Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir"

"1915-ci il hadisələrindən siyasi məqsədlər üçün istifadə olunur".

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, erməni tezisini dəstəkləyən dövlətlərin məqsədi Türkiyənin qarşısını almaqdır:

“Ermənipərəst ölkələrin əsas məqsədi Türkiyəyə zərər verməkdir, Türkiyənin böyüməsinə mane olmaqdır. Köçürülmə praktikasının qondarma soyqırım kimi tanınması onların əsl məqsədlərini göstərir. Son illərdə onlar bütün dünyada süni tarix yaratmaq istəyirlər".

“Bizim iki dövlət, bir millət anlayışında yaşadığımız Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir. Bu günə qədər kədərdə də, sevincdə də əziz bacı-qardaşlarımızın yanında olmuşuq və bundan sonra da buna davam edəcəyik”, - deyə o, qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti