Çempion oldu, bayrağımızla dövrə vurmaq istədi, icazə vermədilər - VİDEO

24 Aprel 2023 13:29 Sizdən Bizə 783
Çempion oldu, bayrağımızla dövrə vurmaq istədi, icazə vermədilər - VİDEO

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 130 kq çəki dərəcəsində finalda Azərbaycan təmsilçisi Sabah Şəriəti ilə qarşılaşan və qalib gələn Türkiyə güləşçisi Rza Kayaalp Türkiyə bayrağı ilə birlikdə Azərbaycan bayrağı ilə də dövrə vurmaq istəyib.

Sportinfo.az xəbər verir ki, hakimlər mövcud qaydaları əsas gətirərək Türkiyə təmsilçisinin istəyinə icazə verməyiblər.

Bununla belə, “Bir millət, iki dövlət” ideyasını özündə ehtiva edən bu qardaşlıq jestinə görə Rza Kayaalp azərbaycanlı idmansevərlərin sevgisini qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti