"Prezident və xanımının təbriki məni qürurlandırdı"

22 Aprel 2023 13:40 Sizdən Bizə 551
"Prezident və xanımının təbriki məni qürurlandırdı"

"Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın təbriki məni qürurlandırdı".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Ermənistanın paytaxtı İrəvanda qızıl medal qazanan Türkiyə ağırlıqqaldıranı Nuray Güngör deyib.

O, dəstəyə görə Azərbaycan xalqına təşəkkürünü bildirib:

"Həm öz ölkəmi, həm də qardaş Azərbaycanı burada ən yaxşı şəkildə təmsil etdim. İrəvanda azərbaycanlı qardaşlarımız olmasa da, biz varıq. Bir daha hər kəsə təşəkkür edirəm".

64 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Güngör Bakıya dəvət olunduğunu vurğulayıb:

"Türkiyəyə qayıdandan sonra federasiya prezidentimiz və idman nazirimizlə görüşüb vəziyyətə uyğun qərar verəcəyik".

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daha əvvəl İrəvanda qızıl medal qazanan Cansu Bektaş və ikinci yeri tutan Qamze Altuna da təbrik ünvanlayaraq, onları Bakıya dəvət ediblər.

Digər Xəbərlər
Xəbər Lenti