"Sonadək Azərbaycanla birlikdəyik, bunu da bacaracağıq"

19 Aprel 2023 08:00 Sizdən Bizə 468
"Sonadək Azərbaycanla birlikdəyik,  bunu da bacaracağıq"

Türkiyə Silahlı Qüvvələri dost və müttəfiq ölkələrin, o cümlədən Şimali Kipr Türk Respublikası, Azərbaycan və Liviyanın haqlı mübarizəsini sonadək dəstəkləyəcək.

Bunu “TCG Anadolu” hərbi gəmisinin Türkiyə Ordusunun istismarına verilməsi mərasimində çıxışı zamanı ölkəin müdafiə naziri Hulusi Akar bəyan edib.

O, bildirib ki, Türkiyə Silahlı Qüvvələri dünyada çox az ordunun əldə edə biləcəyi yüksək texnologiya və əməliyyat üstünlüyünə malikdir.

“Biz sərhədlərimizin təhlükəsizliyini təmin edir, başda PKK/PYD/YPG olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparırıq. Dənizlərimizdə və səmamızda hüquq və mənafelərimizi qoruyur, bunlara əlavə olaraq Şimali Kipr başda olmaqla, Azərbaycan və Liviya kimi dost, qardaş və müttəfiqlərimizin haqq davasına dəstək verir və sonadək onlarla birlikdəyik. Biz birlikdə çalışaraq ölkəmizi daha böyük və güclü mövqeyə gətirməyi hədəfləyirik. İnşallah bunu da bacaracağıq, buna da qadirik”, - deyə Akar qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti