“Qalatasaray”ın prezidenti bir daha Azərbaycana təşəkkür etdi

8 Aprel 2023 02:30 Sizdən Bizə 861
“Qalatasaray”ın prezidenti bir daha Azərbaycana təşəkkür etdi

"Qalatasaray"ın prezidenti Dursun Özbek Azərbaycana təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı klubun rəsmi tviter hesabında paylaşım edilib.

"Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi.

Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk.

Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram", - deyə məktubda bildirilib.

Qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"