Qurban Qurbanov təklif etdi, bəs TFF Super Liqa ilə Premyer Liqanı brləşdirməyə razıdır?

31 Mart 2023 20:40 Sizdən Bizə 1 241
Qurban Qurbanov təklif etdi, bəs TFF Super Liqa ilə Premyer Liqanı brləşdirməyə razıdır?

Türkiyə Futbol Federasiyası (TFF) Azərbaycan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fikrinə münasibət bildirib.

TFF-nin adının açıqlanmasını istəməyən yüksək ranqlı məmurlarından biri bu haqda Sportinfo.az-a danışıb.

Üst yetgili deyib ki, Super Liqa ilə Premyer Liqanın birləşdirilməsi yaxın perspektivdə mümkün deyil:

“Azərbaycanlı futbolçuların Türkiyədə legioner sayılmaması ilə bağlı federasiyada müzakirələrə başlamışıq. İlkin münasibət müsbətdir. Bir müddət sonra yekun qərar verəcəyik.

Böyük ehtimalla, bütün liqalarda çıxış edən klublarımız azərbaycanlı futbolçuları yerli statusu ilə heyətinə qata biləcək.

Eyni zamanda, türkiyəli futbolçular da Azərbaycandan təklif alarsa, əcnəbi sayılmayacaq. Bu məsələnin belə həlli daha realdır.

Ancaq çempionatların birləşdirilməsi ideyası gündəmimizdə yoxdur. Milli liqanın yaradılması çox uzun prosesdir“.

Qurban Qurbanovun “Qalatasaray“la Bakıda keçirilən yoldaşlıq matçından (1:2) sonra “çox istəyərdim ki, Azərbaycan çempionatı ilə Türkiyə çempionatı birləşsin və milli liqa keçirilsin” təklifini səsləndirməsini bir daha xatırladaq.

Digər Xəbərlər
Xəbər Lenti