Mauro İkardi Azərbaycana belə təşəkkür etdi - FOTO

28 Mart 2023 02:20 Sizdən Bizə 1 284
Mauro İkardi Azərbaycana belə təşəkkür etdi - FOTO

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi dünən "Qarabağ"la Bakıda keçirilən xeyriyyə matçına görə Azərbaycana təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, hücumçu bununla bağlı instaqram hesabında paylaşım edib.

"Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram", - deyə İkardi bildirib.

"Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan əldə olunacaq bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə ayrılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"