"Azərbaycanda Zəfər deyil, səfərbərlik zamanıdır” - “Qalatasaray”dan VİDEO+FOTO

25 Mart 2023 00:30 Sizdən Bizə 1 253
"Azərbaycanda Zəfər deyil, səfərbərlik zamanıdır” - “Qalatasaray”dan VİDEO+FOTO

“Can Azərbaycanda “Zəfər deyil, səfərbərlik zamanıdır”.

Sportinfo.az xəbər verir ki, bu sözlər Türkiyənin “Qalatasaray” futbol klubunun tvitter hesabında Bakı Olimpiya Stadionunda “Qarabağla” oynanılacaq matçla bağlı paylaşımında yer alıb.

““Qalatasaray”ımızın 26 mart, bazar günü saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) “Qarabağ” futbol komandası ilə Azərbaycanda oynayacağı və bütün gəlirlərinin zəlzələdə vətəndaşlarımıza bağışlanacağı qardaşların qarşılaşması üçün son 2 gün”, - paylaşımda bildirilib.

“Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!