
«Qalatasaray»ın ən tanınmış fanklubu olan «UltraAslan» Azərbaycana gələcək.
İstanbullu fanatlar martın 26-da Bakıda «Qarabağ»la keçiriləcək xeyriyyə matçına xeyli bilet sifariş edib.
Bu barədə Sportinfo.az-a oyunun təşkil olunacağı Bakı Olimpiya Stadionunun (BOS) İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Fərid Əsədzadə məlumat verib.
Onun bildirdiyinə görə, «UltraAslan» 2 sektorun tamamilə onların ixtiyarına verilməsini istəyib:
«Stadiona gələcək azarkeşlər arasında fərq qoyulmayacaq. İstənilən qədər «Qalatasaray» tərəfdarı BOS-a gələ bilər.
İstəyir burada yaşayan olsun, istərsə də Türkiyədən gələn. «Qalatasaray» fanatlarını digər sektorlarda da yerləşdirəcəyik.
Oyunu «Qarabağ» azarkeşləri ilə bir yerdə izləyəcəklər».
Yoldaşlıq görüşünün biletləri bu gün satışa çıxarılıb. Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Iticket.az-ın satış məntəqələri.
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
Biletləri iticket.az-dan da əldə edə bilərsiz.