Azərbaycan-Ermənistan məsələsini də müzakirə etdi

16 Mart 2023 08:40 Sizdən Bizə 474
Azərbaycan-Ermənistan məsələsini də müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüb.

Görüş ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutub.

Danışıqlar zamanı ikitərəfli əlaqələr müzakirə olunub və bir sıra qlobal məsələlərə toxunulub.

Rəsmilər Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan normallaşma prosesi, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər
Xəbər Lenti