Şenol Güneş "Sabah"la bağlı AÇIQLAMA VERDİ

15 Mart 2023 11:00 Sizdən Bizə 1 130
Şenol Güneş "Sabah"la bağlı AÇIQLAMA VERDİ

"Beşiktaş" Bakıda "Sabah" ilə xeyriyyə oyunu keçirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlama verib.

71 yaşlı mütəxəssis iki klub arasında danışıqların davam etdiyini bildirib:

"4-5 gün öncə danışdıq. Oyunun tarixi tam dəqiqləşməyib. Biz martın 21-i və ya 24-də oynamağı təklif etdik. Onlar isə matçın martın 25-də keçirilməsini istəyirlər".

Daha əvvəl "Qarabağ" martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.

Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik