“Qalatasaray"dan “Qarabağ” haqda “Sportinfo”ya MÜHÜM AÇIQLAMA VERİLDİ

13 Mart 2023 20:00 Sizdən Bizə 778
“Qalatasaray"dan “Qarabağ” haqda “Sportinfo”ya MÜHÜM AÇIQLAMA VERİLDİ

"Qarabağ" "Qalatasaray" ilə xeyriyyə oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Ağdam klubunun direktoru Emrah Çelikel qardaş ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə bu təşəbbüsü irəli sürdüklərini söyləyib.

Onun sözlərinə görə, hazırda matçın Bakıda təşkili ilə əlaqədar tərəflər arasında danışıqlar gedir.

"Bu oyun planlaşdırılır. Amma matçın tarixi və rəqibin səfər proqramı dəqiqləşməyib. Hər şey dəqiqləşdikdən sonra məlumat verəcəyik".

E.Çelikelin sözlərinə görə, xeyriyyə matçı ilə əlaqədar "Qalatasaray"ın Almaniya və "Ferensvaroş" da daxil olmaqla Macarıstan klubları ilə danışıqları olub.

Lakin "Qalatasaray" "Qarabağ"la oyun keçirməyə üstünlük verib. Bu matçın mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçirilməsi nəzərdə tutulur.

Fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələlər olub. Fəlakət nəticəsində 48 min nəfərdən çox şəxs həyatını itirib.

Dostluq matçı martın 26-da keçirilə bilər. Qarşılaşmanın martın 26-sı saat 20:00-da keçirilməsi planlaşdırılır. Oyun Bakı Olimpiya Stadionunda olacaq.

“Qalatasaray”ın mətbuat xidmətinin rəhbəri Coşkun Gülbahar bu haqda Sportinfo.az-a açıqlama verib:

“Klublar arasında görüşmələır davam edir. Hələ dəqiqləşən nəsə yoxdur. Bakıya gəlməyimiz yüzdəyüz bilinmir.

Danışıqların nəticəsi yaxın vaxtlarda məlum olacaq. Bu, hələlik plandır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı