Türkiyə mediası milyonların könlündə taxt quran Sərvərdən yazdı - VİDEO+FOTOLAR

8 Mart 2023 16:30 Sizdən Bizə 534
Türkiyə mediası milyonların könlündə taxt quran Sərvərdən yazdı - VİDEO+FOTOLAR

Köhnə "VAZ-2107"si ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən Sərvər Bəşirli sözün əsl mənasında fenomenə çevrildi.

Onun bu yardımı hər kəsin ürəyinə toxundu...

Xeyriyyəçi iş adamı, Türkiyədə bir çox yardımları ilə tanınan, “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Sabahaddin Civelek Sərvər Bəşirlinin bu addımına cavab olaraq, ona avtomobil hədiyyə etdi. Avtomobil Sərvər Bəşirlinin atasına iş adamının yaxın dostu, onu bu xeyir işdə təmsil edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu tərəfindən təqdim edildi. Daha sonra Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edən türkiyəli iş adamı Sebahettin Civelek Bakıya gəldi. Dostları - “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və ülkücü Ali Yıldırım ilə birgə Sərvərin ailəsinin qonağı olan iş adamı qeyd etdi ki, onun təşəbbüsü ilə Sərvər Bəşirlinin yaşadığı həyətdə ikimərtəbəli ev tikiləcək.

Musavat.com xəbər verir ki, bu hadisə ölkə mediası ilə yanaşı, Türkiyə mətbuatında da geniş işıqlandırılıb.

Anadolu Ajansı, TRT və digər xəbər agentliklərinin yayınladığı materiallarda Sərvər Bəşirlinin atdığı addım alqışlanıb, onun milyonlarla insanın könlündə taxt qurduğu, türk xalqının təqdirini qazandığı qeyd edilib.

Türkiyə mətbuatı yazır ki, "qardaşın hər kəsi ağladan yaxşılığı qarşılıqsız qalmayıb".

Qardaş ölkənin mediası Sabahaddin Civelekin açıqlamalarına da yer verib.

"O bir simvoldur. Onun köhnə maşını iki millət arasındakı dostluğun simvolu kimi qorunub saxlanmalıdır. Əslində, Sərvər Bəşirlinin timsalında Azərbaycanın Türk xalqına uzatdığı əli gördük. Onu görmək üçün Bakıya getdim. İllərlə bir-birini görməyən iki qardaş kimi qucaqlaşdıq, çox duyğusal anlar yaşadıq" - Civelek deyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!