
.Konfrans Liqasında pley-off mərhələsi start götürüb.
Sportinfo.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" ilk oyunda İsveçrə “Bazel”ini qəbul edib.
Burada türkiyəli azarkeşlərin açdığı pankart diqqət çəkib.Trabzonlu fanatlar pankartı zəlzələ qurbanlarına həsr ediblər.
Bundan başqa, pankartda əks olunan xilasedicinin dəbilqəsində yardıma gələn ölkələrin bayraqları əks olunub ki, bunların arasında Azərbaycan da var.
Qarşılaşmanın bilet satışından əldə ediləcək gəlir zəlzələ qurbanlarına ianə ediləcək.
“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə) - 1:0
Qol: Yens Larsen, 65