
Xorvatiyanın “İstra” klubunun üzvü Sərdar Sərdarov Azərbaycan Premyer Liqasında oynaya bilər.
Sportinfo.az xəbər verir ki, sportal.az-a bu barədə futbolçu özü məlumat verib.
28 yaşlı yarımmüdafiəçiyə Premyer Liqamızın bir neçə klubundan təklif var.
Onun yaxın vaxtlarda edilən təkliflərə konkret cavab verəcəyi, qışdan sonra Azərbaycanda oynayıb-oynamayacağına aydınlıq gətirəcəyi gözlənilir.
Sərdarov “İstra”ya məxsus olsa da, icarə əsasında “Aktobe”də çıxış edir. Onun Xorvatiya klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır.
ÇSKA (Moskva) yetirməsi olan futbolçu “Anji”, “Ural”, “Krılya Sovetov”, “Yenisey”, “Slaviya”(Sofiya), “Krakoviya”, “İnter”(Zapreşiça), “Mezokoşevd” klublarında oynayıb.