Braziliyalı futbolçudan Azərbaycanla bağlı TÜKÜRPƏRDİCİ PAYLAŞIM - FOTO

25 Noyabr 2022 20:40 Sizdən Bizə 1 931
Braziliyalı futbolçudan Azərbaycanla bağlı TÜKÜRPƏRDİCİ PAYLAŞIM - FOTO

Şəkil Braziliya – Serbiya qarşılaşmasından bir neçə dəqiqə əvvəl çəkilib.

Fotoda gördüyünüz şəxsi isə yəqin ki, tanıdınız.

Vaxtilə ölkəmizdə “MKT Araz”, “Olimpik”, “Bakı” kimi komandaların şərəfini qorumuş, Azərbaycan millisinin uğurları üçün tər tökmüş Fabio Luis Ramim və onun 4 övladı.

Ramim və ailəsi Braziliyanın qrupdakı ilk oyunundan əvvəl müxtəlif forma, şərf, bayraqlarla “silahlanıb”.

Fotoda da göründüyü kimi, övladlarının hamısı Braziliyaya azarkeşlik edir. Eyni zamanda Portuqaliyanın da uğur qazanmasını arzulayırlar.

Lakin Fabio fərqli addım atıb. O, vaxtilə Azərbaycan millisində geyindiyi şorta sadiq qalıb, üstəlik boynundan üçrəngli bayrağımızın və ölkəmizin adının əks olunduğu şərfi asıb.

Bununla da o, vaxtilə Azərbaycan seçməsində oynamasına işarə verib, bu komandanı da nə vaxtsa dünya çempionatının final mərhələsində görmək arzusunu gizlətməyib.

Şəklin altına isə “azarkeşlərin” davası sözlərini yazıb.

Fabio Luis Ramim yığmamızın şərəfini qoruduğu 2008-2012-ci illər aralığında meydana çıxdığı 16 oyunda 4 qola imza atıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti