“Belə şeylər dildə deməklə olmur, gərək xərc çəkəsən”

17 Noyabr 2022 21:00 Sizdən Bizə 1 587
“Belə şeylər dildə deməklə olmur, gərək xərc çəkəsən”

“Xəbərim var ki, bu dəqiqə Bakıda fitnes zalları dəbdədir, məşqçilər yaxşı qazanc əldə edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında gürcüstanlı keçmiş futbolçu Qoca Trapaidze deyib.

İllər öncə “Karvan”ın formasını geyinmiş yarımmüdafiəçi hazırda özünü başqa sahədə sınayır. Tbilisidə yaşayan Qoca titnes zal açıb.

Bakıda da evi olan Trapaidze əməkdaşımızın “nə əcəb gəlib Bakıda yaşamırsan” sualına belə cavab verib:

“Açığı, bununla bağlı maraqlanmışam, amma dərinə getməmişəm. Bəlkə nə vaxtsa gəlib işləmək olar.

Belə şeylər dildə deməklə olmur, gərək xərc çəkəsən, maraqlı layihə qurasan. Azərbaycan xoşuma gəlir, gənclər idmana hədsiz maraq göstərir”.

Digər Xəbərlər
Xəbər Lenti