Almaniya klubunun hücumçusundan Azərbaycana böyük ehtiram! - FOTO

21 Oktyabr 2022 14:00 Sizdən Bizə 1 457
Almaniya klubunun hücumçusundan Azərbaycana böyük ehtiram! - FOTO

"Bayer-04"in hücumçusu Sərdar Azmun sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib.

İran yığmasının forvardı bu platformada Azərbaycana dəstək nümayiş etdirib.

2022-ci ilin yanvarında “Zenit”dən Almaniya klubuna keçən forvard "Yaşasın Azərbaycan" yazıb.

O, bundan öncə ölkəsində baş verən kütləvi etirazlara münasibət bildirib. Azmun sosial şəbəkə hesabında baş verənlərə görə artıq susa bilmədiyini yazıb

“Federasiyanın qaydalarına görə təlim-məşq toplanışı başa çatana qədər heç nə deməməliyəm, amma daha susa bilmirəm. Məni yığmadan qovacaqlarsa, qovsunlar.

Bu fədakarlıq iranlı qadının saçının bir tükünə belə, dəyməz. İnsanları belə asanlıqla öldürənlərin başçılarına ayıb olsun! İran qadınları əbədi sevgiyə layiqdir”.

İranda ictimai iğtişaşlar “hicabını səhv taxdığına” görə həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra baş verib.

İran mediası həbsdən iki saat sonra Məhsanın çoxsaylı döyülmə və işgəncə izləri ilə xəstəxanaya aparıldığını bildirib. Əmini ölsə də, İran polisi hələ də fiziki zorakılıq faktını inkar edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?