“Azərbaycan küllərindən doğaraq yenidən ayağa qalxır”

21 Oktyabr 2022 12:10 Sizdən Bizə 741
“Azərbaycan küllərindən doğaraq yenidən ayağa qalxır”

“Təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, küllərindən doğaraq yenidən ayağa qalxır.

Zəngilanda açılışını etdiyimiz beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm layihədə türk şirkətlərinin də rol alması bizim üçün ayrıca iftixar mənbəyidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında deyib.

“Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Viadukları, körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. Biz bunları indi yaşayırıq, görürük”, - deyə Türkiyə Prezidenti bildirib.

Digər Xəbərlər
Xəbər Lenti