Məşhur fransız Bakıya gəldi, "Qarabağ"ın oyununu izlədi - FOTO

18 Oktyabr 2022 03:10 Sizdən Bizə 2 187
Məşhur fransız Bakıya gəldi, "Qarabağ"ın oyununu izlədi - FOTO

.Fransa millisinin sabiq futbolçusu Kristian Karambö Azərbaycanda olub.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın skautu İlqar Qurbanov instaqram profilində paylaşım edib.

Veteran yarımmüdafiəçi Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun "Qarabağ" - "Olimpiakos" matçını izləyib (0:0).

Kristian Karambö ölkəsində "Nant", "Bastiya", İspaniyada "Real", İngiltərədə "Midlsbro", Yunanıstanda "Olimpiakos", İtaliyada "Sampdoriya"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu