"Xəzər Lənkəran"da oynamış yunan: "Onlar "Qarabağ"ı udacaq"

30 Sentyabr 2022 14:20 Sizdən Bizə 1 925
"Xəzər Lənkəran"da oynamış yunan: "Onlar "Qarabağ"ı udacaq"

Vaxtilə Azərbaycanda "Xəzər Lənkəran"ın forması geyinmiş Dimitris Sialmas Yunanıstan mətbuatına danışıb.

Sportinfo.az “redking.gr” portalına istinadən xəbər verir ki, hazırda ölkəsində - “Aiyoy Anarqiroy”da çıxış edən Sialmas Avropa Liqasının 3-cü turunun “Olimpiakos” – “Qarabağ” görüşü barədə fikirlərini bildirib.

Sabiq “Xəzər Lənkəran”lı matçdan gözləntiləri haqda bunları deyib:

““Olimpiakos” çox güclü komandadır. Ona görə də onların “Qarabağ”a qalib gələcəyini düşünürəm.

Bəli, onların avrokuboklarda necə çıxış etdiyini bilirəm. “Olimpiakos” bir neçə futbolçu cəlb edib komandaya.

Ona görə də onların güclü komanda olduğunu düşünürəm. Üstəlik onlar Avropa Liqasında artıq xallar toplamalıdır”.

Adıçəkilən hücumçu “Panionios”, “PAS Giannina” klublarında oynadıqdan sonra 2012-2013-cü illərdə “Xəzər Lənkəran” forması geyinib.

Digər Xəbərlər
Xəbər Lenti