Avropa klubundan azərbaycanlı futbolçuya… FOTO

25 Sentyabr 2022 01:50 Sizdən Bizə 2 276
Avropa klubundan azərbaycanlı futbolçuya… FOTO

Millətlər Liqasının 5-ci turunda Slovakiya ilə qarşılaşan millimiz 2:1 qalib gəlib.

Sportinfo.az xəbər verir ki, yığmamızın ilk qolunun müəllifi Renat Dadaşov olub.

Renatın formasını geyindiyi "Qrasshopper" futbolçusunu bu münasibətlə təbrik edib.

İsveçrə klubu sosial şəbəkə hesabında Dadaşovun fotosunu paylaşaraq belə yazıb:

“Renat Millətlər Liqasının dünənki qələbəsində Azərbaycan millisinin heyətində ilk qolunu vurub. Təbriklər Renat”.

Futbolçumuz yayda “Vulverhempton”dan “Qrasshopper”ə transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM