Nazirin oğlu ölkəmizə gətirdi, burada məşhurlaşdı, indi də azərbaycanlı xanımla...

18 Sentyabr 2022 22:20 Sizdən Bizə 1 455
Nazirin oğlu ölkəmizə gətirdi, burada məşhurlaşdı, indi də azərbaycanlı xanımla...

Azərbaycanda kifayət qədər tanınan britaniyalı mütəxəssis hazırda bu ilin noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatının hazırlıq işləri üçün adıçəkilən ölkədədir.

Söhbət “Qəbələ”nin fəxri prezidenti Tale Heydərovun dəvəti ilə illər öncə Azərbaycana gələn qazon mütəxəssisi Filip Şarplesdən gedir.

Şarples bu yaxınlarda Bakıya bir neçə günlük səfər edərək yenidən Qətərə qayıtdı. Səbəbkar saytımıza açıqlamasında səfərin şəxsi işlə bağlı olduğunu desə də, əsl səbəbi göstərmədi.

Lakin “torbanın içindəkini” öyrənə bildik.

Filip xeyli vaxtdır azərbaycanlı xanımla sevgilidir. İngiltərədəki ailəsindən boşanan mütəxəssis Bakıda növbəti dəfə ailə qurmağa hazırlaşır.

Paytaxtımıza 3-4 günlük səfərində məqsəd də həm sevdiyi xanımı görmək, həm də toyla bağlı hazırlıq işləri ilə əlaqədar olub.

Cütlük gələn ilin əvvəlində toy mərasiminin planlarını qurur. Şarples isə münasibətləri rəsmiləşdirəndən sonra öz gələcəyini Azərbaycanda görür.

Filip Şarples Azərbaycanda işlədiyi dönəmdə Qəbələdəki futbol sahələrinə birbaşa cavabdehlik daşıyıb, ayrı-ayrı vaxtlarda Tofiq Bəhramov adına Respublika stadionu, “Bakcell Arena”, eləcə də “Azersun Arena”nın öt örtüyünü lazım olan səviyyəyə çatdırıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti