“Nant”ın futbolçuları şəhidlərimizə böyük ehtiram göstərdi - FOTO

17 Sentyabr 2022 17:20 Sizdən Bizə 1 434
“Nant”ın futbolçuları şəhidlərimizə böyük ehtiram göstərdi - FOTO

Avropa Liqasının qrup mərhələsi çərçivəsində paytaxtımızda keçirilən “Qarabağ” – “Nant” qarşılaşmasında (3:0) qonaq komandanın davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Sportinfo.az xəbər verir ki, sosial şəbəkələrdə oyunun birinci dəqiqəsində “Nant”ın ehtiyat oyunçular skamyasında çəkilmiş foto paylaşılıb.

Həmin vaxt “Qarabağ” azarkeşləri şəhidlərimizin xatirəsini sükutla yad ediblər.

UEFA tərəfindən rəsmi şəkildə sükuta icazə verilməsə də, azarkeşlərimiz öz təşəbbüsləri ilə qarşılaşmanın ilk dəqiqəsində şəhidlərimizə hörmət və ehtiram nümayiş etdiriblər.

Azarkeşlərin təşəbbüsü olsa da, “Nant”ın ehtiyat oyunçular skamyasında əyləşən futbolçular və baş məşqçi Antuan Kambuare də sükuta qoşulublar və ayağa qalxaraq ehtiramlarını nümayiş etdiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”