Dünya şöhrətli futbolçu Azərbaycana dəstək verdi - FOTO

15 Sentyabr 2022 23:20 Sizdən Bizə 831
Dünya şöhrətli futbolçu Azərbaycana dəstək verdi - FOTO

“Başakşəhər”in futbolçusu Məsut Özil Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 71 hərbi qulluqçumuzun şəhid olması ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü Azərbaycana dəstək olub.

34 yaşlı yarımmüdafiəçi şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib və onların ailələrinə başsağlığı verib:

“Azərbaycan – Ermənistan sərhədində baş verən döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyirəm və ailələrinə başsağlığı verirəm”.

Mesut Özil Vətən müharibəsi dönəmində də eyni addımı atıb.

Digər Xəbərlər
Xəbər Lenti