"Kəpəz"də 3 yeni legioner

15 Sentyabr 2022 09:40 Sizdən Bizə 2 143
"Kəpəz"də 3 yeni legioner

«Kəpəz» yaxın günlərdə 3 legionerlə müqavilə bağlamağı planlaşdırır.

Debüt matçında «Turan Tovuz»a 0:2 hesabıyla uduzan Tərlan Əhmədov yeni komandasını gücləndirmək istiqamətində addımlar atıb.

Klub rəhbərliyi onun alınmasını istədiyi azad agent statuslu əcnəbi futbolçularla danışıqları başa çatdırmaq üzrədir. Onlardan biri qapıçı, biri yarımmüdafiəçi, biri də hücumçudur.

Əhmədov ondan əvvəl komandanı çalışdırmış Yaşar Vahabzadənin seleksiya fəaliyyətindən narazı qaldığını rəsmilərə söyləyib.

O, iddia edib ki, müqavilə bağlanan legionerlərin, habelə yerli futbolçuların əksəriyyəti Premyer Liqanın standartlarına cavab vermir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti