Braziliyalı futbolçu şəhidlərimizlə bağlı paylaşım etdi

14 Sentyabr 2022 21:00 Sizdən Bizə 933
Braziliyalı futbolçu şəhidlərimizlə bağlı paylaşım etdi

Sentybarın 13-də Ermənistan siahlı qüvvələri Ermənistan – Azərbaycan sərhədində növbəti dəfə təxribat törətməklə silahlı qarşıdurmaya səbəb oldu.

Odlu silah və ağır artilleriya qarşıdurmasında hər iki tərəf insan itkilərinə yol verdi ki, Azərbaycan 50 hərbçinin şəhid olması xəbərinə üzüldü.

Gün ərzində azərbaycanlı futbolçuların sosial şəbəkə səhifələrində məlum silahlı toqquşma və 50 şəhidimizlə bağlı başsağlığı paylaşımlarına rast gəlindi.

Legionerlərin səssizlik göstərdiyi məqamda diqqət mərkəzinə yenə “Qarabağ”ın Braziliyadan olan futbolçusu Riçard Almeyda düşdü.

Millimizin də formasını geyinən 33 yaşlı yarımmüdafiəçi “instagram” hesabında yerli xəbər portallarından birinin xəbərini paylaşaraq əcnəbi dostlarına hərbçilərimizin şəhid olması ilə bağlı məlumatı çatdırıb.

Riçard Almeyda 2012-ci ildən formasını geyindiyi “Qarabağ”da bütün yarışlarda 317 oyuna çıxıb. Azərbaycan millisində 26 matçın iştirakçısı olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”