Tanınmış şair və publisist “Qarabağım “Qarabağ”ı “Sportinfo”ya göndərdi

21 Avqust 2022 22:40 Sizdən Bizə 1 449
Tanınmış şair və publisist “Qarabağım “Qarabağ”ı “Sportinfo”ya göndərdi

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri, şair, publisist Ramiz Məlikov (Ramiz Duyğun) Sportinfo.az-ın redaksiyasına yeni şeirini təqdim edib.

Şeir “Qarabağım “Qarabağ” adlanır.

Adında da göründüyü kimi, şeir Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparan “Qarabağ”a həsr olunub.

Qarabağ ipəyindən adına,
Bir gəbə toxuyuram.
"Şikəstə"nə bənzəyən,
Bir nəğmə oxuyuram.

Nəqarət:
Oxuyuram: önə bax,
Oxumuram geri bax.
Ay bəri bax, bəri bax!
Başı uca, üzü ağ!
Qarabağım, Qarabağ!

İstiqlaldan yarandın,
İstiqbaldan yarandın!
Dan yerinə oxşayan
Xoş amaldan yarandın!

Nəqarət:

Qurban bəy Baş Memarın!
ZƏFƏRDİR TAC DAMARIN.
ŞİRİN ADIN OXŞANIR,
DİLLƏRDƏ NARIN-NARIN.

Nəqarət:

Hər meydana çıxmağın,
Bir tamaşa, dünyadır.
Muğamat, simfoniyadır!
Elə bil ki, səfərin
Günəşədir, ayadır.
Nəqarət:

Hər an sərvaxt, səfərbər,
On bir nəfər oynayır,
Elə bil ki, bir nəfər!..
Müdafiə xəttində
Hər oyunçun birsipər!
Boyuna biçilibdi
Sənin QƏLƏBƏ, ZƏFƏR!
mEYDANDA İLDIRIM TƏK
ŞAXI, ÇAX!
SƏNİNLƏ FƏXR EYLƏYİR
VƏTƏN, ÜÇRƏNGLİ BAYRAQ!
Qarabağım, Qarabağ!

Nəqarət:

Üstünə gələn topu götürür,
Qucağııyla, ovcuyla.
Üstündən keçən topu ötürür,
Barmağının ucuyla.
Şahruddin qapısının
Etibarlı sahibi.
Qapıya yönəldilənHər topu
Ram eyləyib tutmaqdır,
Şahruddinin nəsibi.
Nəqarət:

"Qapını qoldan qoru!"-
Hamıya qayda olur.
Harada gərəkdirsə,
Orada
Oyunçu peyda olur.
Ən lazımlı nöqtədə
Riçard Almeyda olur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!