
«Üstündən illər keçsə də, indinin özündə dəAzərbaycan futbolu ilə maraqlanıram».
Bu sözləri Sportinfo.az-a açıqlamasında vaxtilə «Karvan»ın formasını geyinmiş Qoca Trapaidze deyib.
2004-2006-cı illərdə Azərbaycanda çıxış etmiş gürcüstanlı yarımmüdafiəçi bunları söyləyib:
“Qarabağ”ın uğurları şəxsən mənə ləzzət edir. Super komandadır, əla futbolçuları var.
Halal olsun! Gürcüstanlı olsam da, “Qarabağ”la fəxr edirəm.
Gürcüstanda da o cür komanda yaratmaq olar. Sadəcə, pul yoxdur deyə, heç kim üstünə düşmür“.